Qadin.NET / Barak Obamanın reytinqi rekord səviyyədə düşdü

Barak Obamanın reytinqi rekord səviyyədə düşdü

 

Prezident Barak Obamanın siyasətini dəstəkləyən amerikalıların sayı rekord aşağı göstəriciyə - 37 faizə enib.Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın CBC News telekanalının apardığı sorğunun nəticələri göstərib. Respondentlərin 57 faizi Prezidentin siyasətindən narazı olduğunu bildirib. Oktyabrın sonlarında telekanalın "Wall Street Journal Survey" ilə birgə təşkil etdiyi analoji sorğu göstərmişdi ki, respondentlərin 48 faizi Obama siyasətini bəyənmir, 42 faiz isə onu yaxsı xarakterizə edir. CNB News qeyd edir ki, Obamanın nüfuzunun azalması onun səhiyyə sahəsində təklif etdiyi islahatların tətbiqi ilə əlaqədardır. Sorğunun nəticələrinə əsasən, respondentlərin yalnız 31 faizi Obamacare adlanan islahatların davam etdirilməsinin lehinədir.

 

Mənbə: Milli.Az

22 noyabr 2013
GO BACK