Ötən gecə səhərə yaxın Krım səmasında çox güclü səma cismi partlayıb. Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, həmin obyekt çox yüksək sürətlə Yerin atmosferinə daxil olub. Şahidlərin sözlərinə görə, partlayış anında səma mavi rəngə boyanıb. Sanki gündüz olub. Partlayış 600 km radiusda görünüb.
Mənbə: Milli.Az