Qadin.NET / Pele: "Səsimi Messiyə verəcəm, amma Zidan Leodan güclü idi"

Pele: "Səsimi Messiyə verəcəm, amma Zidan Leodan güclü idi"

 

Futbol tarixinin ən yaxşı oyunçularından olan Pele “Barselona”nın hücumçusu Lionel Messi ilə Fransa millisinin sabiq yarımmüdafiəçisiZinəddin Zidanı müqayisə edib. Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatına danışan keçmiş futbolçu Zidanın Messidən üstün olduğunu deyib:“Zidan fərdi olaraq Messidən güclü idi. Zidan valehedici idi və onun komandasında Xavi, İniesta kimi həmkarları yox idi. Beləliklə, “Qızıl top” mükafatı üçün səsvermədə mən texnikasına görə Messini dəstəkləyirdim.Qeyd edək ki, Zidan karyerası ərzində “Qızıl top” mükafatına bir dəfə layiq görülsə də, Messi bunu dörd dəfə qazanıb. 

Mənbə: Milli.Az

22 noyabr 2013
GO BACK