Qadin.NET / Dünyanın ən uzun adamının rəqibi var

Dünyanın ən uzun adamının rəqibi var

 

Dünyanın ən uzun adamı kimi adını Ginnesin rekordlar kitabına yazdıran türkiyəli Sultan Kösənə rəqib çıxıb. Milli.Az Anspress-ə istinadən bildirir ki, taylandlı gənc türkün bu adını əlindən alacaq. Surin şəhərində yaşayan 23 yaşlı Porncai Savsrinin boyu hormon pozğunluğu ilə bağlı olaraq dayanmadan uzanır. Son 4 ildir gəzə bilməyən və 225 kq çəkisi olan gənc taylandlı rəsmilərin nəzarətindədir. Xatırladaq ki, Sultan Kösən 2009-cu ildə 2,47 metr boyu ilə Ginnesin rekordlar kitabına düşmüşdü. İndi isə onun boyu 2,51 metrdir. Tayland mediasında yayılan məlumatlarda isə yeni rekordmenin 2,57 metr boyunda olduğu bildirilir. Porncainin müalicə edilərək gəzməyə başlaması təmin ediləndən sonra Ginnes rəsmilərinə müraciət ediləcək. Gəncin anasının sözlərinə görə, oğlunda sürətli böyümə 6-cı sinifdən sonra başlayıb. Bundan sonra gündə 5-6 qab plov yeməyədə başlayıb. "Dörd il öncə qəza nəticəsində oğlum gəzmək qabiliyyətini itirib və hər yerə iməkləyərək gedir".

 

Mənbə: Milli.Az
22 noyabr 2013
GO BACK