Bu gündən Azərbaycanın ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul üzrə yeni müsabiqə başlayır. APA-nın xəbərinə görə, 2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balını toplamış, lakin işə qəbul olunmamış şəxslər ümumtəhsil məktəblərindəki yeni vakant yerlərə seçə bilərlər. Namizədlər bu gündən noyabrın 26-dək Təhsil Nazirliyinin internet saytının (www.edu.gov.az) “Müəllimlərin işə qəbulu” bannerindən “Şəxsi səhifə”yə daxil olaraq (kod və parol vasitəsilə) uyğun ixtisas üzrə təklif olunan vakant yerlərdən ən çoxu 4-nü seçə və təsdiqləyə bilərlər. Vakant yerlərin seçimi 26 noyabr tarixdə saat 18:00-da başa çatacaq, yerləşdirmə aparılacaq və nəticəsi dərhal hər bir namizədin “Şəxsi səhifə”sinə göndəriləcək. Vakant yer tutan namizədlər “Şəxsi səhifə”də göstərilən vaxtda və yerdə müsahibədən keçdikdən sonra onların işə qəbulu barədə qərar qəbul ediləcək.
Mənbə: Milli.Az