Qadin.NET / Azərbaycanın böyük aeroportunda siqaret dumanı

Azərbaycanın böyük aeroportunda siqaret dumanı

 

Gəncə Beynəlxalq Aeroportunun içərisində sərnişinlər siqaret çəkirlər. Milli.Az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı da daxil olmaqla bütün dünyada aeroportlarda siqaret çəkmək qadağandır və bunun üçün xüsusi kabinetlər var. Ancaq sosial şəbəkədə yayılan şəkildə açıq-aydın görünür ki, sərnişinlər hava limanının kafesində siqaret çəkirlər. Məsələ ilə bağlı AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli ilə əlaqə saxladıq. M.Səfərli bildirdi ki, belə bir hal ola bilməz və Gəncə aeroportunda da bütün aeroportlar kimi siqaret çəkməyə qadağa var: "Gəncə Beynəlxalq Aeroportunda siqaret çəkmək qəti qadağandır. Bu şəkil həqiqəti əks etdirmir və başdan-ayağa cəfəngiyyatdır. Mən dediyim hər sözə görə cavabdehəm, foto yalandan başqa bir şey deyil. Hətta quraşdırma da ola bilər".

Mənbə: Milli.Az

Azərbaycanın böyük aeroportunda siqaret dumanı

 

22 noyabr 2013
GO BACK