Qadin.NET / Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada "Azərbaycan - Uğurlu inkişaf modeli" mövzusunda konfrans keçirilib

Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada "Azərbaycan - Uğurlu inkişaf modeli" mövzusunda konfrans keçirilib

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada "Azərbaycan - Uğurlu inkişaf modeli" mövzusunda konfrans keçirilib
AzərTAc xəbər verir ki, noyabrın 21-də Buxarestdəki Rumın-Amerikan Universitetində Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan – Uğurlu inkişaf modeli” mövzusunda konfrans keçirilmişdir. Konfransda Rumın-Amerikan Universitetinin rəhbərliyi, müəllim-tələbə heyəti, Azərbaycan səfirliyinin əməkdaşları, ARDNŞ-in Rumıniya nümayəndəliyinin təmsilçiləri, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının, Azərbaycan-Rumıniya Ticarət Palatasının üzvləri, Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun, Rumıniyada yaşayan Azərbaycan, türk-tatar icmalarının nümayəndələri iştirak etmişlər. Tədbiri açan Rumın-Amerikan Universitetinin rektoru Ovidiu Folcut bu ali təhsil ocağına göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fonduna, xüsusilə Fondun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirmişdir. Rektor tədbir iştirakçılarına universitetdə fəaliyyət göstərən Azərbaycan Araşdırmalar Mərkəzi barədə məlumat vermiş və tələbələri bu mərkəzlə sıx əlaqə qurmağa çağırmışdır. Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, sürətli inkişafı barədə tədbir iştirakçılarına məlumat vermişdir. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, qısa müddətdə ölkədə sabitliyin bərqərar olması, sürətli inkişaf proseslərinin başlanması ilə bağlı misilsiz xidmətləri haqqında interaktiv təqdimatla çıxış etmişdir. İ.Hacıyev, həmçinin Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir. Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Gırbea “Azərbaycan rumın vətəndaşının gözü” ilə adlı interaktiv təqdimatla çıxış etmişdir. O, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, ölkəmizin inkişafı, regionda lider dövlətə çevrilməsindən bəhs etmişdir. Horia Garbea Azərbaycana səfəri ilə bağlı təəssüratlarını iştirakçılarla bölüşmüş, Bakıda və Qubada çəkdiyi şəkilləri onlara göstərmişdir. O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri haqqında danışmışdır. Azərbaycanın Rumıniyadakı səfirliyinin müşaviri İrfan Davudov ölkəmizin xarici siyasətinin əsas istiqamətləri barədə məlumat vermişdir. Müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı problemlər barədə də danışan İ.Davudov həmin çətin dövrdə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyini, bununla da ölkənin tarixində yeni səhifə açıldığını diqqətə çatdırmışdır. O, hazırda Azərbaycanın siyasi və iqtisadi sahələrdə əldə etdiyi uğurların əsasının məhz Ümummilli Lider tərəfindən qoyulduğunu bildirmişdir. Tədbir iştirakçıları Azərbaycanda və ölkəmizin təşəbbüsü və iştirakı ilə Cənubi Qafqaz regionunda həyata keçirilən uğurlu layihələr, Avropanın enerji təhlükəsizliyinin təminində respublikamızın rolu, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli həlli istiqamətində göstərilən səylərdən də bəhs etmişdir. ARDNŞ-in Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimov bildirmişdir ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr Qafqaz və Xəzər regionu ilə yanaşı, Avropanın da enerji xəritəsində böyük dəyişikliklərə səbəb olmuşdur. O bildirmişdir ki, 1994-cü ildə müstəqil Azərbaycanın iqtisadi inkişafının əsas konsepsiyası hesab edilən “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmiz dünyanın ən böyük neft dövlətlərindən birinə çevrilmişdir. O demişdir ki, təbii qazın ixracı sahəsində aparıcı rola malik olan Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin etməklə etibarlı tərəfdaş imicini qazanmışdır. Sonda H.Kərimov Rumın-Amerikan Universitetində təhsil alan tələbələri ARDNŞ-in Rumıniyada həyata keçirdiyi layihələrdə iştiraka dəvət etmişdir. Universitetin professoru Florin Bonciu Azərbaycanın dinamik inkişafını başqa dövlətlərə nümunə kimi göstərmiş, dünyanı bürümüş iqtisadi böhran şəraitində ölkəmizin nailiyyətlər qazanmasının təqdirəlayiq olduğunu vurğulamışdır.

 

Mənbə: Milli.Az

21 noyabr 2013
GO BACK