Qadin.NET / Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər

Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər

 

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri çərçivəsində RF prezidenti Vladimir Putinlə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək.Trend "TRT Haber" telekanalına istinadən məlumat verir ki, görüşdə Dağlıq Qarabağ problemi ilə yanaşı, Türkiyə-Ermənistan münasibətləri də müzakirə olunacaq. Qeyd edək ki, R.T.Ərdoğan noyabrın 21-22-də Sankt-Peterburqda keçiriləcək Rusiya-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Rusiyada səfərdə olacaq.

Mənbə: Milli.Az

 

21 noyabr 2013
GO BACK