Qadin.NET / Obama 16 nəfərə medal verdi

Obama 16 nəfərə medal verdi

 

ABŞ prezidenti Barak Obama Ağ Evdə keçirilən mərasim zamanı 16 şəxsi ölkənin ən yüksək mülki mükafatı olan Azadlıq medalı ilə təltif edib. Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, prezidentin Azadlıq Medalı 50 il bundan əvvəl ABŞ-ın mərhum prezidenti Con Kennedi tərəfindən təsis edilib. Yüksək mükafat Birləşmiş Ştatların təhlükəsizliyi və milli maraqları, eləcə də dünyada sülh işinə və ictimai fəaliyyətləri ilə cəmiyyətə töhfələr vermiş şəxslərə verilir. Bu il ABŞ-ın keçmiş prezidenti Bill Klinton, kantri musiqisi ustası Loretta Linn, tanınmış qadın hüquqları fəalı Qloriya Steynem və əfsanəvi tele-şou aparıcısı Opra Vinfri Azadlıq medalı ilə təltif ediliblər. Cənab Obama bu il yüksək mükafata layiq görülən insanların fövqəladə istedada malik olduğunu bildirərək, onları öz dəyərləri ilə amerikalıları tanıdan insanlar adlandırıb.

 

Mənbə: Milli.Az
21 noyabr 2013
GO BACK