Yaponiyanın ərazisi bir qədər də genişlənib. Ölkə paytaxtı Tokiodan 1000 km cənubdakı 30 adadan ibarət arxipelaqda iki gündən bəri davam edən vulkan yeni ada yaradıb. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Nisinosima sahilləri yaxınlığında, Oqasavara adalar cərgəsində yaranmış yeni ada hələ də tüstülənir. Yaponiya hökumətinin baş katibi Yosihido Suqanın dediyinə görə, ölkənin hakimiyyət dairələri adanı Yaponiya ərazisi kimi rəsmiləşdirmək niyyətindədir. Vulkanoloq Hiroşi İto isə hesab edir ki, bu ada yarandığı kimi, məhv də ola bilər. İndiyədək bir neçə dəfə belə olub. Nisinosima adası da 1974-cü ildə vulkan püskürməsi nəticəsində yaranmışdı. Dəniz səviyyəsindən 80 metr yüksəkliyi olan adanın eni 500 metr, uzunu 800 metrdir.
Mənbə: Milli.Az