Qadin.NET / Azərbaycanda uşaq ədəbiyyatı və orta məktəb dərslikləri vergidən azad oluna bilər

Azərbaycanda uşaq ədəbiyyatı və orta məktəb dərslikləri vergidən azad oluna bilər

 

Azərbaycanda uşaq ədəbiyyatı, orta məktəb dərslikləri və dövlət əhəmiyyətli nəşrlər vergidən azad oluna bilər. APA-nın məlumatına görə, bu təklif Milli Məclisinin İqtisadi siyasət Komitəsinin bu gün keçirilən iclasında səslənib. Komitənin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi barəsində danışaraq bildirib ki, layihənin 164.1.8 maddəsinə uyğun olaraq, Azərbaycanda ümumtəhsil müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatı istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti vergidən azad oluna bilər. Millət vəkili Vahid Əhmədov isə deyib ki, qanunvericiliyə bu dəyişiklik edilərsə, dövlət büdcəsi elə də böyük maliyyə itkisi ilə üzləşməyəcək: "Bu, olduqca ciddi məsələdir və bundan gələn vergilərdən büdcə heç nə itirməyəcək". Millət vəkilləri Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında qanun layihəsini dəstəkləyiblər və sənədin parlamentin plenar iclasında müzakirəyə çıxarılmasını tövsiyə ediblər.

Mənbə: Milli.Az

 

21 noyabr 2013
GO BACK