Qadin.NET / Bakıda külək, regionda yağış olacaq

Bakıda külək, regionda yağış olacaq

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, noyabrın 21-də hava dəyşkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək və şimal küləyi əsəcək.Bakı və Abşeron yarımadasında noyabrın 21-də havanın temperaturu gecə 4-8, gündüz 11-13 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında noyabrın 21-də hava, əsasən, yağmursuz olacaq, bəzi yerlərdə səhər və gecə saatlarında duman və çikin olacaq, şərq küləyi əsəcək. Lənkəran-Astara zonasında hava yağıntılı olacaq.Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 11-16, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti proqnozlaşdırılır.

Mənbə: Milli.Az

21 noyabr 2013
GO BACK