Qadin.NET / Dünya belə səyahət görməmişdi

Dünya belə səyahət görməmişdi

 

Amerikalı jurnalist dünyada indiyədək analoqu olmamış səyahətə çıxıb. O, 32186 kilometr qət edərək ölkələri dolaşır. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, National Geographic-in reportyoruPaul Salopek səyahətinin 7 ildə başa çatacağını deyir.Piyajda dolaşan Salopek indiyədək 2092 kilometrlik yolu piyada qət edib.Bu vaxt ərzində o, 40 qeyd dəftərçəsini doldurub. 5 dildə danışılan ölkələrdən keçmiş reportyor 4 dəvəni hədsiz dərəcədə yorub və günlərin birində isə 64 kilometri səhrada keçib.Salopekin dediyinə görə, məqsədi qədim ibtidai insanların ilk kütləvi miqrasiyalarının yolunu təkrarlamaqdır. Efiopiyadakı Herto Buri səhrasında başlanan yol 2020-ci ildə Çilinin cənubundakı Tyerra del Fueqoda başa çatmalıdır. "Çox çətin səyahətdir. 7 il ailəmdən, evimdən ayrı qalacağam. Ailəm üçün darıxıram. İordaniyada xanımımla görüşdüm və yola davam etdim. Həllik səhhətimdə problemlər yoxdur və hər şey yaxşıdır", - Salopek bildirib.
Dünya belə səyahət görməmişdi

Dünya belə səyahət görməmişdi

Dünya belə səyahət görməmişdi

Dünya belə səyahət görməmişdi

Dünya belə səyahət görməmişdi
Mənbə: Milli.Az
21 noyabr 2013
GO BACK