Qırğızıstan prezidenti Almazbek Atambayev Cənubi Koreyaya səfəri zamanı taekvando üzrə doqquzuncu dan alıb.
Anspress Rusiya mətbuatına istinadən bildirir ki, ona kəmər və diplom təqdim edilib. Qırğız lider, öz növbəsində, ölkəsində bu idmanı inkişaf etdirməyə söz verib. Təqdimat mərasimində idmançıların nümunəvi çıxışı olub. Yada salaq ki, Rusiya prezidenti Vladimir Putin də bir az öncə eyni titulu almışdı. Ona da kəmər və diplom təqdim etmişdilər. Qərb mətbuatı buna kinayə ilə yanaşmışdı və onu Çak Norisə bənzətmişdilər.
Mənbə: Milli.Az