Dünya katoliklərinin lideri, Roma Papası 1-ci Fransisk yenidən dünya mediasının diqqətindədir.Sağalmaz xəstəliyə düçar olmuş, üzü şişlərlə dolu italyan Viniçio Rivanı iki həftə əvvəl qucaqlayıb öpən pontifikin bu davranışı milyonlarla insanı riqqətə gətirmişdi.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, genetik xəstəliyə mübtəla olmuş 53 yaşlı Viniçionun siması eybəcərləşsə də, Roma Papası onu qucaqlamış, ağlayan Viniçionu öpmüşdü.Olay Vatikandakı Müqəddəs Pyotr meydanındakı ənənəvi Çərşənbə Ayinində yaşanmışdı.Dünən analoji hadisə yaşanıb. Müqəddəs Pyotr meydanında vəz verərkən bir nəfər Papaya yaxınlaşıb."Üzsüz" adlandırılan bu insanın simasında ağır deformasiya vardı. Üzündəki qüsurdan əziyyət çəkən və eybəcər olduğunu düşünən insan ağlayaraq 1-ci Fransiskə yaxınlaşıb, ondan xeyir-dua istəyib.Roma Papası onu bağrına basıb."Sən adi, hamımız kimi insansan. Əsla, eşidirsənmi, əsla düşünmə ki, sən pis görünürsən. Tanrı səndən lütfünü əsirgəməyib. Səni Tanrı qorusun" deyən Papa kövrəlmiş adamı qucaqlayıb.