İngiltərədə itini gəzdirmək üçün küçəyə çıxan kişi kanalizasiya sularının axdığı kanaldan bir hissəsi yanmış, bir hissəsi cırılmış, bir hissəsi isə istifadə olunacaq vəziyyətdə olan pullar tapıb. Musavat.com yazır ki, polis indi həmin pulun sahibini axtarır. Polisi hərəkətə keçirən hadisə İngiltərənin Spalding qəsəbəsində baş verib. Pulları tapan kişinin polisə xəbər verməsindən sonra pulun sahibi haqqında araşdırma başladılıb. Polis 60 min sterlinq həcmindəki pulu sahibinə vermək üçün axtarış tədbirləri keçirir. Əgər kimsə pulların ona aid olduğunu desə, qalan əskinaslara nə olduğunu izah etməyə məcbur olacaq.
Mənbə: Milli.Az