Qadin.NET / Anqlikan kilsəsi qadınlara yepiskop olmaq haqqı verdi

Anqlikan kilsəsi qadınlara yepiskop olmaq haqqı verdi

 

Anqlikan kilsəsi qadınlara yepiskop olmaq haqqı verdi
Anqlikan kilsəsinin Baş İdarəsi noyabrın 20-də qadınların yepiskop olmasına icazə verib. Lent.Az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Qardian» qəzeti xəbər yayıb. Mənbə bildirib ki, idarə heyətinin 378 üzvü bu təşəbbüsü dəstəkləyib. 8 nəfər bu təklifə qarşı səs verib. 25 üzv isə tərəfsiz qalıb. Mənbə xatırladıb ki, qadınların yepiskop olması son 20 ildə Anqlikan kilsəsində mühafizəkarlarla liberalların mübahisəsinə son qoyub. 2012-ci ildə kilsəsinin mərkəzi qurumu bu təklifə qarşı səs vermişdi.

Mənbə: Lent.Az

21 noyabr 2013
GO BACK