Qadin.NET / Hava haqqında - 21.11.2013

Hava haqqında - 21.11.2013

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 6-9°, gündüz 12-15° isti, Bakıda gecə 6-8°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 millimetr civə sütunundan 765 millimetr civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
 Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Temperatur gecə 1-6°, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 13-18° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər havanın yağıntılı olacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 0-4° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 5-10° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayılrayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Temperaturun gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir. 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Temperaturun gecə 1-6°, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Temperaturun gecə 4-9°, gündüz 12-17° isti olacağı gözlənilir. 
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacağı ehtimal olunur.Temperatur gecə 8-11°, gündüz 12-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq. 

Mənbə: Milli.Az

21 noyabr 2013
GO BACK