Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 540 və bərpasının 20 illiyi ilə əlaqədar müxtəlif seriyalar üzrə 50 adda kitab nəşr olunmaqdadır. Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan xalqının min illərə dayanan əvəzolunmaz mədəni irsini Polşada tanıtmaq məqsədilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Mədəniyyəti və İncəsənəti" seriyasında Kübra Əliyevanın "Azərbaycanın xalça sənəti", Zemfira Səfərovanın "Azərbaycan musiqi sənəti", Nərminə Tağıyevanın "Azərbaycanın bədii parçalar və tikmələri", Sevil Sadığovanın "Azərbaycanın milli geyim nümunələri", "Azərbaycan zərgərlik nümunələri",Rasim Əfəndiyev və Ertəgin Salamzadənin - "Azərbaycan incəsənəti" kitabları nəşr olunub. Qeyd olunan kitablar Polşanın bütün mərkəzi kitabxanalarına və əsas universitetlərinə göndərilib.
Mənbə: Milli.Az