DÇ-2014-ün final mərhələsinin püşkatma mərasimi üçün səbətlərin təqribi tərkibi müəyyənləşib. Lent.az-ın məlumatına görə, Braziliyada keçiriləcək Mundialın 32 iştirakçısı tədbir zamanı 4 səbətə bölünəcək. İlk səbətdə təşkilatçı ölkə Braziliyadan əlavə, FİFA-nın oktyabr reytinqində 7 ən yaxşı yığma yer alacaq. Bunlar İspaniya, Almaniya, Argentina, Kolumbiya, Belçika, İsveçrə və çox güman ki, Uruqvay olacaq. Qalan səbətlərə bölgü isə coğrafi prinsip əsasında aparılacaq.Düzdür, hələlik mundiala qatılacaq 32 komandadan 31-nin adı rəsmiləşib. Sonuncu vəsiqənin sahibi bu gün keçiriləcək Uruqvay – İordaniya matçında müəyyənləşəcək. Səfərdə 5:0 hesabı ilə qalib gələn Cənubi Amerika təmsilçisinin bu qarşılaşmada büdrəyəcəyi inandırıcı görünmür.1-ci səbət: Braziliya, İspaniya, Almaniya, Argentina, Kolumbiya, Belçika, Uruqvay, İsveçrə2-ci səbət: Hollandiya, İtaliya, İngiltərə, Portuqaliya, Yunanıstan, Bosniya və Herseqovina, Xorvatiya, Rusiya3-cü səbət: Fransa, Çili, Ekvador, Fil Dişi Sahili, Qana, Əlcəzair, Nigeriya, Kamerun4-cü səbət: Yaponiya, İran, Cənubi Koreya, Avstraliya, ABŞ, Meksika, Kosta-Rika, Honduras. Qeyd edək ki, dünya çempionatının püşkü dekabrın 6-da Braziliyanın Mata-di-San-Juan şəhərində atılacaq.
Mənbə: Milli.Az