Qadin.NET / Əsrin ən böyük kometası gəlir

Əsrin ən böyük kometası gəlir

Aşkarlanandan sonra rekord parlaqlığı qeydə alınmış C/2012 S1 (ISON) kometası Günəşə yaxınlaşıb. Kometa ilə Yer arasındakı məsafə də azalıb. Milli.Az Scientist-ə istinadən bildirir ki, ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ekspertlərinin dediklərinə görə, kometa yaxın iki həftə ərzində yerə daha da yaxınlaşacaq və onun perigelisi azalacaq. 3 gün əvvəl kometanın parlaqlığı iki ulduz vahidi qədər artıb. Alimlərin fikrincə, bu, İSON-da ulduz maddəsinin partlayışı ilə bağlıdır. Hazırda İSON-da ulduz parlaqlığı 5 əmsala yüksəlib. Avropa Kosmik Tədqiqatlar Agentliyi ekspertlərinin hesablamalarına görə, İSON-un yaxınlaşması noyabrın 28-də kritik həddə çata bilər. C/2012 S1 (ISON əsrin ən böyük kometası sayılır.
Mənbə: Milli.Az
20 noyabr 2013
GO BACK