Qadin.NET / Pul sizin üçün nədir?

Pul sizin üçün nədir?

 

Pul insanların həyatında nə məna kəsb edir? Orta statistik azərbaycanlı üçün pul nə deməkdir və onun həyatımızda mövcudluğunu bir sözlə necə xarakterizə etmək olar? Milli.Az xəbər verir ki, Day.Az saytı bu sualları tanınmış dramaturq və rejissorRamiz Fətəliyevə ünvanlayıb: R.Fətəliyev suala cavab olaraq aşağıdakı sözləri deyib: "Pul şəxsi azadlığımızı qoruya biləcəyimiz bir vasitədir. O olanda sizdə özünəgüvən hissi yaradır. O olmayanda isə sizdə nikbinlik azalır, diskomfort hissi yaranır. Pul sizə hər zaman lazım olacaq alətdir. Pulu bir sözlə xarakterizə etmək mümkün deyil. O insanlarda təzadlı hisslər yaradır ki, onu bir sözlə izah etmək mümkün deyil".  Məsələ ilə bağlı sizin fikirləriniz nədir, əziz oxucular? 

 

Mənbə: Milli.Az

20 noyabr 2013
GO BACK