"Fast-fudları, kartof-fri və hamburgerləri sevirdim. Çox yeyir, az hərəkət edirdim. Bir də "ayılanda" gördüm ki, az qala enimlə uzunum birdir. Belə yaşamağın pis olduğunu anladım və arıqlamağa qərar verdim. Kimsə inanmırdı, amma bunu etdim". ABŞ-ın Arkanzas ştatındakı Kebot şəhərində yaşayan 31 yaşlı Rebekka Privitera qısa müddət ərzində xeyli arıqlayıb. Daha doğrusu, çəkisi 172,81 kq olan Rebekka izafi çəki saydığı 77,11 kiloqramdan qurtulub. Onun sözlərinə görə, iki il əvvəl, 29 yaşı olanda arıqlamağa başlayıb. Milli.Az CNN-ə istinadən bildirir ki, Rebekka indiki durumundan və çəkisindən razıdır. Xanımın əri Castinin dediyinə görə, Rebekkanın davranışında da ciddi dəyişikliklər var. "O, indi daha nikbin, şən, pozitivdir. Yaşananlarda həmişə yaxşı yönlər arayır. İzafi çəkidən qurtulmaqla yanaşı, sanki bədbinlikdən və ruh düşkünlüyündən də xilas olub", - Castin Privitera söyləyib.
Mənbə: Milli.Az
Mənbə: Milli.Az