Qadin.NET / İnanılmaz: 24 saata 11 kq arıqladı

İnanılmaz: 24 saata 11 kq arıqladı

 

Gənc amerikalı idmançı Ross Eceli ekstremal, həyat üçün çox təhlükəli eksperiment keçirib. O, bir sutka ərzində 11 kq arıqlamağa və bədənindən mümkün qədər çox maye çıxarmağa çalışıb. Milli.Az ABC-yə istinadən bildirir ki, Eceli eksperimentə duzlu, qaynar vanna qəbul etmək, sonra tərkibində diuretiklər olan az miqdarda su içməklə başlayıb. "Duz insan orqanizmində suyu sazladığına görə 24 saat ərzində duz yemədim. Sonra saunaya və idman zalına yollandım. Bu minvalla 11 kq arıqladım. Fəqət, metod çox təhlükəli, xoşagəlməzdir", - Ross Eceli deyib. Onun sözlərinə görə, axşam saat 21-də eksperimenti başa vurub: "Dərhal çantaya tərəf qaçdım. Çantamda içində vitaminlər və elektrolitlər olan 4 litrlik su butulkası vardı. Doyunca içdim".

İnanılmaz: 24 saata 11 kq arıqladı

 

Mənbə: Milli.Az
20 noyabr 2013
GO BACK