Kompüter oyunlarının məntiqi gücləndirdiyi hər kəsə məlumdur. Lakin video oyunların yalnız məntiqi gücləndirdiyi deyil, fiziki olaraq beyinə birbaşa təsir etdiyi də aşkarlanıb. Musavat.com yazır ki, “Molecular Psychiatry” jurnalında yayımlanan araşdırma nəticələrinə görə, oyun oynayan adamlarda yaddaşı gücləndirən, əzələ, danışıq və qavrama qabiliyyətini idarə edən beyin hissəciyi daha böyükdür. Berlindəki Max Planck İnkişaf İnstitutunun professorları iki ay boyunca hər gün yarım saat adamlara Mario 64 oyunu oynatdırıblar. 2 ayın sonunda məlum olub ki, onların beyinlərinin bir hissəsi bu müddət ərzində gözlə görünəcək dərəcədə böyüyüb.
Mənbə: Milli.Az