Qadin.NET / Milli komandamız Portuqaliya ilə eyni qrupa düşdü

Milli komandamız Portuqaliya ilə eyni qrupa düşdü

 

Bu gün 17 yaşadək qızlar arasında növbəti Avropa çempionatının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında gerçəkləşən tədbirdə Azərbaycan millisinin rəqibləri müəyyənləşib. Final mərhələsi İslandiyada keçiriləcək 2014/15 mövsümünün qitə çempionatının seçmə mərhələsində 40 komanda 10 qrupa bölünüb. Siyasət Əsgərovun baş məşqçisi olduğu yığmamız III qrupda yer alıb. Komandamız qrupda ilk 2 yerdən birini tutmaq uğrunda İsveçrə, Macarıstan və Portuqaliya ilə mübarizə aparacaq. Qrup oyunlarının hansı ölkədə keçiriləcəyi isə hələ dəqiqləşməyib. Hər qrupda ilk 2 yeri tutan komandalar və ən yaxşı 3-cü yer sahibi elit-raunda yüksələcək. Qeyd edək ki, Avro-2015-in seçmə mərhələsinin oyunları 2014-cü il avqustun 1-dən 31-dək olan müddətdə keçiriləcək.

 

Mənbə: Milli.Az

20 noyabr 2013
GO BACK