Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Milli.Az anspress-ə istinadən noyabrın 20-də tarixdə baş vermiş mühüm hadisələrə nəzər salır.
 Miladi: 20 noyabr 2013

Hicri: 16 Məhərrəm 1435
İlin 324-cü günü
İlin sonuna 41 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.19
Günəş - 07.32
Zöhr - 12.30
Əsr - 15.23
Məğrib – 17.36
İşa – 18.55
284 — Roma imperatoru Diokletian dünyaya gəlib.
1889 — amerikalı astronom Edvin Habbl dünyaya gəlib.
1910 — yazıçı Lev Tolstoy vəfat edib.
1917 — Ukrayna Respublikası elan edilmişdir.
1922 — Lozanna Konfransı işə başlamışdır.
1943 — İstanbul Texniki Universiteti açılmışdır.
1945 — İkinci Dünya Müharibəsi hərbi cinayətkarlarının mühakimə edildiyi "Nürnberq prosesi" başlamışdır. Nüreberq prosesi həm də sinxron tərcümənin başlanğıcı kimi qəbul edilir.
1945 — Təbrizdə "Azərbaycan Xalq Konqresi" təsis edilmişdir.
1957 — Xəzərdə fırtına nəticəsində Mixail Kaveroçkin və Süleyman Bağırovun rəhbərlik etdiyi 21 nəfərlik 2 neftçi briqadası həlak olmuşdur.
1959 — BMT "Uşaq hüquqları haqqında Bəyannamə" qəbul etmişdir.
1962 — Karib böhranı tam olaraq başa çatmışdır.

1975 — Bakıda Üzeyir Hacıbəyovun ev muzeyi açılmışdır.
1975 — ispan generalı Franko vəfat edib.
1979 — Xəstələrə ilk dəfə süni qan köçürülmüşdür.
1985 — Microsoft Windows 1.0. təqdim edilmişdir.
1990 — Sovet seriya qatili, manyak Andrey Çikatilo həbs edilmişdir.
1991 — Azərbaycan Respublikası hökumət nümayəndələri, SSRİ Müdafiə Nazirliyi, Rusiya və Qazaxıstan müşahidəçilərini daşıyan Mİ-8 vertolyotu Martuni (indiki Xocavənd) rayonunda ermənilər tərəfindən vurulmuşdur. Bu hadisə Azərbaycan tarixinə Qarakənd faciəsi kimi düşmüşdür.
1992 — Azərbaycan-İran birgə komissiyasının 6 noyabrda Bakıda başlayan iclası başa çatmışdır. İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq haqqında memorandum imzalanıb.
2000 — Avropa Şurası Nazirlər Komitəsinin Nümayəndələr səviyyəsində keçirilmiş 730-cu görüşündə AŞPA-nın 2001-ci ilin yanvar ayında keçiriləcək növbəti sessiyasına qədər bütün iclaslarının gündəliyinə "Ermənistan və Azərbaycanın demokratik inkişafının müşahidə edilməsi" adlı bənd daxil edilməsi qərara alınmışdır. Bir digər qərarla, Monitorinq Qrupu ("AQO" qrupu) İtaliyanın Daimi Nümayəndəsinin Sədrliyi ilə Avstriya, Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, Latviya, Niderland, Rumıniya, Rusiya Federasiyası, İsveç, İsveçrə, Türkiyə və Almaniya nümayəndələrindən təşkil edilmişdir.
2003 — İstanbulda ingilis səfirliyinə və HSBS banka silahlı hücum nəticəsində 30 nəfər həlak olmuş, 450-dən çox insan yaralanmışdır.

Mənbə: Milli.Az

20 noyabr 2013
GO BACK