Qadin.NET / Mer: "Moskvadan 13 mindən çox miqrant çıxarılıb"

Mer: "Moskvadan 13 mindən çox miqrant çıxarılıb"

 

Musavat.com-un məlumatına görə, bu barədə “Komsomolskaya pravda”ya müsahibəsində Moskvanın meri Sergey Sobyanin bildirib. “Rusiya qanunlarını pozan 42,8 min əcnəbiyə giriş qadağan edilib. Bu, bir il əvvəllə müqayisədə xeyli çoxdur”, - Sobyanin deyib. “Miqrantlar büdcəni doldurmalı, işəgötürənlər isə onları sosial hüquqlarla təmin etməlidirlər”, - deyən merin sözlərinə görə, miqrantların məqsədi qanunla ziddiyyət təşkil edirsə, sərt hədd qoyulmalıdır - barmaq izləri götürülməli, bu adamların adları məlumat bazasına daxil edilməlidir. “Sərhəd xidməti də effektli işləməlidir. Əgər qonaq bir dəfə qanunu pozubsa və ona Rusiyaya giriş qadağası qoyulubsa, həmin adam saxta sənədlərlə geri qayıtmamalıdır”, - Moskvanın rəhbəri əlavə edib.

 

Mənbə: Milli.Az

20 noyabr 2013
GO BACK