Qadin.NET / İçərişəhər Azərbaycana beynəlxalq mükafat qazandırdı

İçərişəhər Azərbaycana beynəlxalq mükafat qazandırdı

 

Azərbaycan Respublikası "Xarici ölkə tərəfindən ən əhəmiyyətli layihənin reallaşdırılması" nominasiyasında "Mədəni irsin qorunması və onun dəyərinin artırılmasına görə - "Italian Heritage Award" nüfuzlu beynəlxalq mükafata layiq görülüb Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə verilən məlumata görə, "İtalian Heritage Award" mükafatları restavrasiya, heykəltaraşlıq, mədəniyyət, incəsənət, muzey işi, arxeologiya və digər sahələrdə 26 nominasiyada təqdim edilir. Builki müsabiqənin 400-ə yaxın iştirakçısının təqdim etdiyi layihələri doqquz ay ərzində 25 nəfərlik münsiflər heyəti nəzərdən keçirib. Mükafat Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi vasitəsilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə təqdim edilib.

 

Mənbə: Milli.Az

20 noyabr 2013
GO BACK