Noyabrın 19-da İsmayıllıda keçirilən bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatının qalibləri müəyyən edilib. Trend-in məlumatına görə, gimnastlar mütləq çoxnövçülük və ayrı-ayrı növlər üzrə medallar uğrunda mübarizə aparıblar. Yarışlarda həm böyüklər, həm də 1998-2000-ci təvəllüdlü olmaqla ümumilikdə 16 gimnast iştirak edib. 1998-2000-ci təvəllüdlü iştirakçılar arasında Jalə Piriyeva birinci,Züleyxa İsmayılova ikinci, Beyza Demir isə üçüncü yerə layiq görülüblər. Böyüklər arasında yarışın nəticələrinə görə birinci yeru Marina Durunda, ikinci yeri Lalə Yusifova və üçüncü yeri Ayşən Bayramova tutublar. Çempionatda Respublika Kompleks İdman Məktəbi və "Baku Fleyms" klubunun gimnastları ilə yanaşı, "Neftçi", "Bakı Gimnastika Məktəbi", "Spartak" və "Sərhədçi"nin təmsilçiləri də çıxış ediblər.
Mənbə:Milli.Az