Qadin.NET / Xülyalarla yaşayan zavallılar

Xülyalarla yaşayan zavallılar

 

Dip­lo­mat­lar və po­li­to­loq­la­rın id­dia et­dik­lə­ri ki­mi, dünya­nın müxtə­lif öl­kə­lə­ri­nin xa­rici siy­a­sə­ti­ni ən müxtə­lif epi­tet­lər­lə xa­rak­te­ri­zə et­mək müm­kün­dür. O, "qərbpə­rəst", "rusiy­a­pə­rəst" və ya "ərəb­pərst", hə­m­çi­nin "aq­res­siv", "məğlu­biyyət­çi", "praq­ma­tik", hət­ta "özündə­n­ra­zı" ola bi­lər. "Sər­t­liyə", yox­sa "yum­şaq­lığa" üstünlük ver­mək, kom­pro­mis­lə­rə get­mək, bəl­kə is­tə­ni­lən yol­la möv­qey­i­ni mü­da­­fiə et­mək, özünə, ya­xud da müt­tə­fiq­lə­ri­nə ar­xa­lan­maq - bütün bun­­lar hər bir öl­kə­nin və­ziyyə­tə uy­ğun ola­raq özünün müəyyən­ləş­dir­diyi mə­sə­lə­dir. Am­ma hər bir döv­lə­tin xa­rici siy­a­sə­tin­də bütün hal­lar­da bir mə­qam mütlə­q­dir: o, cid­di, yə­ni, ay­­­dın və da­vam­lı ol­ma­lı­dır. Bu, xü­su­­si­lə söh­bə­tin əsl fun­da­men­tal mə­sə­­lə­lər­dən get­diyi za­man be­lə­dir. Er­mə­ni­s­tan isə dey­ə­sən, öz yo­lu ilə get­mək niyyə­tin­də­dir. Və bu, Av­­ro­pa İt­ti­fa­qı, "Şərq tə­rəf­daş­lığı" ilə Ru­siy­a­nın ya­rat­dığı Gömrük İt­ti­fa­qı ara­sın­da se­çi­min edil­mə­li ol­du­ğu ki­fay­ət qə­dər cid­di mə­sə­lə­də mü­­şa­hi­də olu­nur. Baş ve­rən­lər mət­bu­­at­da də­fə­lər­lə ya­zı­lıb. Am­ma hə­min "siy­a­si in­ti­zar"ın nə ilə bit­diy­i­ni bir da­ha xa­tır­la­daq: İrəva­nın "Şərq tə­rəf­daş­lığı"nın Vilnüs sam­mi­tin­də Aİ ilə As­so­si­a­tiv Sa­ziş im­za­la­mağa ha­zır­laş­dığı bir vaxtda... qə­f­lə­tən Er­mə­ni­s­tan pre­zi­den­ti Serj Sarqsyan öl­kə­si­nin Gömrük İt­ti­fa­qı­na qo­şul­mağa ha­zır ol­duğu­nu bəy­an edib. İn­di bu pro­se­s­də növ­bə­ti mər­hə­lə baş­layıb: İrəvan­da ye­ni­dən "Av­ro­pa per­spek­tiv­lə­ri" ha­q­da da­nış­ma­ğa baş­layıb­lar. Er­mə­ni­s­tan­dan gə­lən son mə­lu­mat­la­ra gö­rə, Sarqsyan Av­ro­pa Par­la­men­ti­nin müha­fi­zə­kar­lar və is­la­hat­çı­lar qru­pu­nun ko­or­di­na­to­ru Çarlz Ta­no­ku və "Av­ro­nest" Par­la­ment As­sam­bley­a­sı­nın sədr müa­vi­ni Ri­şard Çar­net­ski­ni qə­bul edər­kən İrəva­nın siy­a­sə­tin­də Av­ro­paya in­te­q­­ra­siy­a­nın vacib ele­ment ol­duğu­nu və bun­dan so­nra da olacağı­nı sö­ləy­ib. Öl­kə­si­nin Av­ro­pa dəy­ər­lə­ri­nə sa­­diq ol­duğu­nu dey­ən S.Sarqsya­nın söz­lə­ri­nə gö­rə, Er­mə­ni­s­tan­da müa­sir rə­qa­bə­tə ­da­vam­lı­lığın qu­rul­ma­sı və in­ki­şa­fın­da Av­ro­pa stan­dar­t­la­rı­na üs­tün­lük ve­ri­lir. Av­ro­pa­lı­la­rın bu­na ca­vab­la­rı isə ki­fay­ət qə­dər kon­kret olub: İrəva­nın Gİ-yə üzvlük qə­ra­rı­nı açıq­la­ma­sın­dan so­nra Aİ ilə ar­tıq im­za­lan­mağa ha­­zır olan As­so­si­a­tiv Sa­zi­şə im­za atı­­la­cağı­nı göz­lə­məyə dəy­məz. Doğ­ru­dur, dip­lo­ma­tik eti­ka on­la­rın Av­ro­pa­nın qa­pı­la­rı­nın Er­mə­ni­s­ta­nın üzünə bir­də­fə­lik bağlan­dığı­nı açıq şə­kil­də söy­lə­mə­lə­ri­nə im­kan ver­mir. Bu sə­bə­b­dən də on­lar "əmək­daş­lıq üçün ye­ni yol­la­rın, ye­ni va­si­tə­lə­rin ax­ta­rı­şın­dan" da­nı­şıb­lar. Am­ma İrəvan da üzünə bağlan­mış Av­ro­pa qa­pı­sın­dan ke­çə bi­ləcəy­i­ni düşünəcək də­rəcə­də sa­də­lövh dey­il. İn­di er­mə­ni­lə­rin "Av­ro­pa per­spek­tiv­lə­ri"nin nümay­i­şi böyük eh­ti­mal­la... Mos­k­vaya yö­nə­lib. Kremldə Er­mə­ni­s­ta­nın Gİ-yə üzvlüyə ra­zı­lıq ver­mə­si­nin ar­dın­dan İrəva­nın siy­a­si is­teb­liş­men­ti Mos­k­va­nın bu­na ca­vab ola­raq er­mə­ni­lə­rə də­s­təyə baş­lay­acağı­na şübhə et­mir­di. İrəvan­da əmin idi­lər ki, "ta­ri­xi müttə­fi­qi" qar­şı­sın­da öh­də­lik­lə­ri­nə sa­diq olan Ru­siya Er­mə­ni­s­tan üçün da­ha yax­şı şər­t­lər or­taya qoy­acaq. Am­ma bu, baş ver­mə­di. Bir müddət əv­vəl İrəva­nın Brüsse­lə olan ümid­lə­ri də ey­ni ilə bu cür pu­ça çıx­mış­dı. On­la­ra "Av­ro­pa şər­t­lə­ri"nin Azər­­bayca­nın işğ­al olun­muş əra­zi­lə­rin­də də ke­çər­li ol­ma­sı­nın mümkün­süzlü­yü açıq şə­kil­də gö­s­tə­ril­miş­di. Be­lə­lik­lə, Er­mə­ni­s­tan "iki cəb­hə­də məy­us­luq" ad­lan­dı­rı­lacaq bir du­rum­la qar­şı-qar­şıya qa­lıb. Əv­vəl­cə er­mə­ni siy­a­sət­çi­lə­ri Av­ro­pa məy­us edib. İn­di isə, dey­ə­sən, ey­ni və­ziyyət Ru­siya ilə ya­şa­nır. Üstə­lik, bu məy­us­luq icti­ma­iyyət­də ar­t­ma­q­da olan so­si­al na­ra­zı­lıq­lar­la müşa­hi­də edi­lir. Ar­tıq noy­a­b­rın 5-dən MDB te­le­ka­nal­la­rı İrəvan­da­kı dra­ma­tik ha­di­sə­lə­ri işıq­lan­dı­rır. Er­mə­ni­s­tan pay­tax­tı­nın küçə­lə­rin­də toq­quş­ma­lar baş­layıb. Toq­quş­maya ge­dən tə­rə­f­lər ar­tıq hər şeyə gö­rə yer­li ha­ki­miyyə­ti dey­il, Vla­di­mir Pu­ti­ni gü­nah­lan­dı­rır. "Se­xa­k­ron" par­tiy­a­sı­nın sə­d­ri Şant Arutyunyan jur­na­list­lər­lə söh­bə­tin­də bil­di­rib ki, on­lar ar­tıq "ha­zır­kı ha­ki­miyyə­tə döz­mək niyyə­tin­də dey­il­lər". Par­tiya sə­d­ri ha­ki­miyyə­ti "Pu­ti­nin sə­fə­ri günü, de­ka­b­rın 2-də de­vir­mək fi­k­rin­də ol­duq­la­rı­nı" söy­ləy­ib. Arutyunyan he­sab edir ki, bu­nun üçün, ilk növ­bə­də, Pre­zi­dent iqa­mə­tg­a­hı və Höku­mət evi, Kon­sti­tu­siya Məh­kə­mə­si, Baş Pro­ku­ror­luq, "DİN" (polis nə­zər­də tu­tu­lur - Er­mə­ni­s­tan­da ar­tıq 10 il­dən ar­tı­q­dır ki, Da­xi­li İş­lər Na­zir­liyi yox­dur - red.), "DTK", hə­m­çi­nin həb­sxa­na­lar ələ ke­çi­ril­mə­li­dir. O, so­nuncu­nu ora­da xey­li say­da gü­nah­sız məh­bu­sun sax­la­nıl­ma­sı ilə iz­ah edib. Er­mə­ni­s­tan­da ha­ki­miyyə­tin xalq tə­rə­fin­dən se­çil­mə­diy­i­ni dey­ən Şant Arutyunyan onu "Pu­ti­nin təy­i­na­tı" sayır. Par­tiya sə­d­ri­nin fi­k­rincə, "2008-ci ilin mar­tın­da 10 nə­fə­rin qət­li­nə də Pu­tin gö­s­tə­riş ve­rib", Er­mə­ni­s­tan pre­zi­den­ti Serj Sarqsyan Pu­ti­nin "təy­in et­diyi şəxs, bu­ra­dan qo­vul­ma­sı vacib olan yer­li "piy­a­da"la­rın rəh­bə­ri­dir" Eti­raz­çı kütlə pre­zi­dent iqa­mə­tg­a­hı­na tə­rəf yürüş edən za­man po­lis kor­do­nu ilə üzlə­şib və bu za­man "Mo­lo­tov kok­teyllə­ri", əl­də­qayır­ma par­t­layıcı qu­rğ­u­lar işə sa­lı­nıb... nə­ticə mə­lum­dur: 8 po­lis əmək­da­şı xə­s­tə­xa­naya düşüb, 9 nə­fər həbs olu­nub. Son za­man­la­ra­dək cə­miyyət­də rusiy­a­pə­rəst­lik­dən baş­qa hər han­sı əh­va­lın ola bi­ləcəy­i­ni heç ki­min ağlı­na be­lə gə­tir­mə­diyi Er­mə­ni­s­tan­da in­di hö­ku­mət həm də "Av­ro­pa per­spek­tiv­lə­ri"nin ol­duğu­nu nüma-y­iş et­dir­mək, ey­ni za­man­da mə­na­sız, siy­a­si al­ve­ri da­vam et­dir­mək məc­bu­­riyyə­tin­də qa­lıb. Çünki baş­qa ümid edi­ləcək heç nə yox­dur. Bu­ra­da söh­bət heç də ay­rıca götürülmüş siy­a­si "kom­bi­na­siya"nın if­la­sın­dan get­mir. Er­mə­ni­s­ta­nın prob­­le­mi da­ha cid­di­dir. İrəvan həm Ru­siya, həm də Av­ro­pa ilə is­tər "aş­kar", is­tər­sə də giz­li da­nı­şıq­lar apa­rıb - hə­lə bu­nun dip­lo­ma­tiy­a­da nə də­­rəcə­də mümkün ol­ma­sı baş­qa söh­­bə­tin möv­zu­su­dur. Bu da­nı­şıq­la­rın ge­di­şin­də göz­lə­nil­diyi ki­mi, həm əsas kon­sep­tu­al şər­t­lər ortaya çı­xıb, həm də bir sı­ra xır­da de­tal­la­ra ay­dın­lıq gə­lib. Am­ma həm av­ro­pa­lı­lar, həm də rus­lar bu da­nı­şıq­la­rı yal­nız öz şəx­si ma­raq­la­rı­na uyğun şə­kil­də apa­rıb­lar. Sür­ət­­lə yox­sul­la­şan, əl­ve­riş­siz ge­o­siy­a­si müha­si­rə­də sı­xıl­mış Er­mə­ni­s­tan on­la­rın heç bi­rin­də xüsu­si ma­raq do­ğur­mayıb. İrəvan­da isə "si­vil se­çim"dən da­nı­şır və ina­nır­dı­lar ki, av­ro­pa­lı­la­rın və rus­la­rın çiy­nin­də Er­mə­ni­s­tan qar­şı­sın­da "ta­ri­xi borc" var. On­lar Mos­k­va və Brüssel siy­a­sət­çi­lə­ri­nin hə­lə Bi­rinci Dünya müha­ri­bə­si dövründə sə­lə­f­lə­ri­nin er­mə­ni li­der­lə­ri­nə ver­dik­lə­ri gen-bol vəd­lə­rə əməl et­mə­yə baş­lay­acaq­la­rı­na ümid­li idi­lər. Am­ma bu za­man er­mə­ni­lər nə­zə­rə al­ma­mış­dı­lar ki, re­al­lı­q­da An­tan­ta öl­kə­lə­ri­ni "iz­ti­rab­lı xri­s­ti­an er­mə­ni xal­qı"nın ta­leyi o qə­dər də na­ra­hat et­məy­ib. On­lar er­mə­ni mil­lət­çi­liy­in­dən, sa­dəcə, İs­tan­bu­lun "qa­pı­la­rı­nı aç­maq" üçün ya­rar­lan­mağa ça­lı­şıb­lar və Bi­rinci Dünya müha­ri­bə­si ərə­fə­sin­də er­mə­ni da­i­rə­lə­ri bu­nu, sa­dəcə, an­la­mayıb. On­lar hər­bi for­tu­na­nın dəy­iş­kən ol­duğu­nu ağıl­la­rı­na gə­tir­məy­ib­lər. Bi­rinci Dünya müha­ri­bə­si­nin nə­ticə­lə­ri ha­q­da KİV-də ki­fay­ət qə­dər ya­zı­lıb. Müha­ri­bə­nin so­nun­da Bö­yük Bri­ta­niya, Fran­sa və ABŞ öz­lə­ri­ni qa­lib sayır­dı. Al­ma­niya ağır məğlu­biyyə­tə düçar ol­muş, Ru­siy­a­da in­qi­lab­lar və və­tən­daş müha­ri­bə­lə­ri baş qal­dır­mış, Türkiyə isə ina­mın az ol­ma­sı­na rəğmən, öz döv­lət­çi­liy­i­ni, Bo­sfor və Dar­da­nel boğaz­la­rı üzə­rin­də nə­za­rə­ti­ni qo­ruy­ub-sax­laya bil­miş­di...Er­mə­ni­lər üçün isə Bi­rinci Dün­ya müha­ri­bə­si­nin əsl fə­la­kət­lə bit­diy­i­ni söy­lə­mək mümkündür. Mü­ha­ri­bə ərə­fə­sin­də er­mə­ni­lə­rə bol vəd­lər ve­rən av­ro­pa­lı və ru­siy­a­lı do­stla­rı, Türkiyə Cümhu­riyyə­ti ilə boğaz­lar­dan is­ti­fa­də, gə­miçi­lik və sər­həd­lər­lə bağlı ba­zar­laş­ma baş­lay­an an­daca bu vəd­lə­ri unut­du­lar. Hə­lə dü­nən er­mə­ni­lə­ri "qiy­mət­li müttə­fiq" ad­lan­dı­ran­lar, in­di on­la­rı vu­rub kə­na­ra at­dı­lar - Ru­siy­a­nın, Av­ro­pa­nın və ABŞ-ın ba­şı da­ha vacib iş­lə­rə qa­rış­dı. O döv­rdə daş­nak li­der­lə­rin­dən ol­­muş Ova­nes Ka­şa­zu­ni baş ve­rən­lə­­ri be­lə nəql edir­di: "Biz öz is­tək­lə­ri­mi­zi və səy­lə­ri­mi­zi, əs­lin­də, baş­qala­rı­nın pə­təy­i­nə yer­ləş­dir­dik. Biz re­al­lıq his­si­mi­zi itir­dik və xülya­lar­la ya­şa­dıq". Düşünmək olar ki, 1915-ci il ha­di­sə­lə­ri­ni "ta­ri­xi iko­na"ya çe­vi­rən Er­­mə­ni­s­tan Bi­rinci Dünya müha­ri­bə­si­nin acı nə­ticə­lə­rin­dən ib­rət al­ma­lı idi. Am­ma son günlər ya­şa­nan­lar gö­s­tə­rir ki, on­lar hə­lə də ey­ni xülya­lar­la ya­şayır, bütün prob­lem­lə­rin "ta­ri­xi müttə­fiq­lər" tə­rə­fin­dən çözüləcəy­i­nə ümid edir, bu za­man müttə­fiq­lə­rin yal­nız "mə­nə­vi mey­ar­lar"a əsas­la­nacaq­la­rı­na ina­nır­lar. Yə­ni, in­di er­mə­ni­lər vax­ti­lə er­mə­ni xal­qı­nı əsl fə­la­kət­lə qar­şı-qar­şıya qoy­­muş səh­vlə­ri tə­k­rar­layır­lar. 100 il əv­vəl­ki yan­lış­lıq­la­rın müa­sir döv­r­də da­ha da ar­ta­raq üzə çıx­dığı in­di­ki şə­raitdə, yürüdülən yan­lış stra­te­g­i-y­a­nın han­sı­sa müsbət nə­ticə ve­rəcəy­i­nə inan­maq çox çə­tin­dir.

 

Mənbə: Region.Plyus
19 noyabr 2013
GO BACK