Həkimlər hesab edir ki, qadınların hamilə olması üçün ən uğurlu 20-30 yaş arasıdır. Lent.Az-ın «Meddailu.ru»-ya istinadən məlumatına görə, müasir dövrdə xanımlar ilkin doğuşu təxirə salır və 35 yaşdan sonra doğmağa üstünlük verirlər. Onların qənaətincə, bunun çeşidli səbəbləri var – karyera qurmaq, maliyyə çətinlikləri, öz evinin olmaması, tənhalıq və s. Bununla belə xanımlar illə ötdükcə, onların sağlam körpə dünyaya gətirəcəkləri riskinin də artdığı barədə məlumatlandırılmır. Daun sindromlu körpələri daha çox 35 yaşından sonra ana olanlar doğur. Bunu körpənin xromosom anormallığı ilə bağlı olduğunu bildirirlər. Mütəxəssislər 35-40 yaşlarında hamilə olanlar dölün anomal inkişafı ehtimalını izləmək üçün 3 dəfə test etməyi vacib sayırlar. Bu testlər hamiləliyin 12-ci, 20-ci və 34 –cü həftəsində edilir. Əgər yoxlamaların birində müsbət cavab alınarsa, o zaman həkimlər ananın qanından nümunə götürür. Bununla belə alimlər təsdiq edib ki, ayıq həyat tərzi keçirən qadınlar hamilə qalarkən, onların sağlam körpə dünyaya gətirəcəyi ehtimalı da artırır. Bu halda onlar 35, 40, hətta 45 yaşında sağlam uşaq dünyaya gətirir.
Mənbə: Milli.Az