Qadin.NET / İnanılmaz olay: doğum evində qızları səhv saldılar

İnanılmaz olay: doğum evində qızları səhv saldılar

 


Tatarıstanın Naberejnıe Çelnı şəhərinin Səhiyyə İdarəsinin rəisi İlnur Şarafutdinov və avqust ayında yeni doğulmuş iki körpənin səhv salındığı Kamsk Perinatal Mərkəzinin baş həkimi Ravil Bakirov işdən qovulublar. Onların işdən azad edilmələri barədə əmri Tatarıstanın səhiyyə naziri Adil Vafin imzalayıb. Milli.Az NTV-yə istinadən bildirir ki, bir qədər əvvəl klinikanın baş həkiminin mamaçalıq-ginekoloji yardım üzrə müavini Rüstəm Kaşapov və doğuş bölməsinin mamaçası Gülşat Xaliulina da işdən azad olunmuşdular. Klinikanın yerdə qalan işçilərinin hamısına töhmət verilib. Anna və Ayşat adlı iki qız avqustun 6-da, təxminən eyni vaxtda doğulmuşdular. Klinikanın mamaçaları qızları qonşu bosklara qoyublar, sonra da səhv salıblar. Uşaqlardan birinin anası Lüdmila Trofimova yanlışlığı sezib. Qadın dünyaya gətirdiyi qızının çəkisinin 2,8 kq olduğunu bilirdi. Amma doğuşdan təxminən iki saat sonra ona çəkisi 3,3 kq olan qızı gətiriblər. Daily Mail bildirir ki, L.Trofimova uşaqların səhv düşdüyünü desə də, klinikanın personalı and-aman edərək "səhv mümkün deyil" söyləyiblər. Ayşatın valideynləri də narahat olmuşdular. İki ay sonra DNT ekspertizası aparılıb və bəlli olub ki, uşaq onların bioloji övladı deyil. Lüdmila Dusayevanı əri onu xəyanətdə suçlayaraq arvadını boşamaq üçün məhkəməyə üz tutmuşdu. İki Lüdmila - Naberejnıe Çelnı şəhərinin 28 yaşlı sakini və Menzelinsk şəhərindən olan 31 yaşlı qadın Naberejnıe Çelnıdakı doğum evində qarşılaşmışdılar. Lüdmila Trofimova və Lüdmila Dusayevanın ikisi də Aleksandrovna idi. İkisinin də artıq bir övladı vardı. Onların ikisi də təxminən eyni vaxtda, qeysəriyyə kəsimi əməliyyatı ilə ana olublar. Lüdmila Trofimovanın qızının adı Anna, Lüdmila Dusayevanın qızının adı isə Ayşat idi.Günlər keçdi, valideynlər səhv olduğunu hiss etməyə başladılar. Tatar Lüdmila Dusayevanın qızı Ayşat sarışın, rus Lüdmila Trofimovanın qızı Anna isə qarabəniz uşaqdı.Analar şübhələnmişdilər. İki Lüdmila bir-birlərinə zəng etdilər və anladılar ki, uşaqları səhv düşüb. Bunu DNT ekspertizasının nəticələri də təsdiqləyirdi.Kamsk Perinatal Mərkəzinin əməkdaşları və rəhbərliyi inad edir, "Sizin ağlınız çaşıb?! Bu mümkün deyil. DNT-testin nəticələri səhvdir" deyirdilər. İndi analar və balalar bir yerdədirlər. Həkimlərin dediklərinə görə, 3 aylıq Anna və Ayşatın əsl analarına öyrəşməsi asan olmayacaq. Bu səbəbdən də uşaqlarla anaları birlikdə müəyyən zaman keçirməlidir.

İnanılmaz olay: doğum evində qızları səhv saldılar
İnanılmaz olay: doğum evində qızları səhv saldılar

Mənbə: Milli.Az
19 noyabr 2013
GO BACK