Noyabrın 18-də Fars körfəzinin iki ölkəsində Twitter istifadəçiləri öz mikrobloqlarındakı xəbərlərə görə həbs cəzası alıblar. Milli.Az Anspress-ə istinadən bildirir ki, Küveyt sakini Musaaba Şamsaha öz mikrobloqunda Məhəmməd (ə.s.) peyğəmbəri təhqir etdiyinə görə beş il həbs cəzası alıb. Həmçinin eyni gündə Birləşmiş Ərəb Əmirliklərinin sakini Valid Şehhi dövlət təhlükəsizliyinə zərbə vurduğuna görə, iki il həbs cəzası alıb, Ona 130 min dollar cərimə də kəsilib. O, Twitter-də dövlət quruluşunu dağıtmaq niyyətinə görə ittiham edilən 94 islamçının məhkəməsi barədə yazdığı üçün saxlanmışdı.
Mənbə: Milli.Az