Qadin.NET / Asqırmağı yozmaq düzgündürmü?

Asqırmağı yozmaq düzgündürmü?

 

 

Asqırmağı yozmaq düzgündürmü? Yəni “tək səbir nəhsdir” demək olarmı? Milli.Az İslam.az-a istinadən bildirir ki, bu cür düşüncə və inancların İslamla əlaqəsi yoxdur. Ümumiyyətlə, dinimizdə hər hansı hadisəyə və əlamətə görə nəticə çıxarmaq, gələcək barədə proqnoz vermək düzgün sayılmır. Tək səbrin nəhs, cüt səbrin uğurlu olduğunu, yol üstündən qara pişik keçərsə, işlərin uğursuz olacağını söyləmək tamamilə əsassızdır. İslamdan əvvəl ərəblər quşların uçuşuna əsasən gələcək barədə fikir yürüdürdülər. Buna “tiyərə” deyilirdi. Həm Həzrət Mühəmməd Peyğəmbərin (s), həm də Həzrət Əlinin (ə) hədislərində tiyərə batil sayılıb (bax: Səhih-ül-Buxari, Tibb kitabı, 5753-cü hədis, Nəhcül-bəlağə, 408-ci hikmətli kəlam). Asqırmağı, qara pişiyi və sairəni də yozmaq tiyərə qəbilindən olan əməllərdir və dinimizə görə batildir.

Mənbə: Milli.Az

18 noyabr 2013
GO BACK