Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsində müəllim hazırlığı aparılan ixtisaslar üzrə yeni nəsil təhsil proqramları hazırlanıb. Bu barədə Lent.Az-a Təhsil Nazirliyindən məlumat verilib.Yeni nəsil təhsil proqramlarının ekspertizası keçirilib və təsdiq edildikdən sonra növbəti tədris ilindən onların tətbiqinə başlanılması nəzərdə tutulur.Bu proqramların əvvəlki təhsil proqramlarından əsas fərqli cəhəti odur ki, onlar hazırlanacaq mütəxəssislərin bilik, bacarıq və kompetensiyalarına əsaslanır. Proqrama daxil olan fənlərin məzmunu tələbələrin həmin bilik, bacarıq kompetensiyalara yiyələnməsini təmin edir.
Mənbə: Lent.Az