Qadin.NET / "Ən yaxşı sosial çarx" müsabiqəsinin qalibləri açıqlanacaq

"Ən yaxşı sosial çarx" müsabiqəsinin qalibləri açıqlanacaq

Azərbaycan Gənclər Fondu "Ən yaxşı sosial çarx" adı altında gənclər arasında qısametrajlı sosial çarxlar müsabiqəsini keçirib.Fonddan Trend-ə verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini gənclərin sosial problemlərinin həllinə istiqamətləndirmək olmuşdur.Müsabiqədə 14-29 yaş arasında olan gənclər və gənclərin təşəbbüs qrupları iştirak etmişlər.Müsabiqə çərçivəsində iştirakçılar tərəfindən hazırlanmış qısametrajlı sosial çarxlar bu istiqamətləri əhatə etmişdir: -Yol hərəkəti təhlükəsizliyi və mədəniyyəti; -Vətənpərvərlik; -Ekologiya və ətraf mühitin qorunması; -Gənclik və təhsilin təbliği; -Milli adət və ənənələrimiz; -Müasir ailə dəyərləri.

Müsabiqəyə ağ-qara və yaxud rəngli, 3 (üç) dəqiqəyə qədər çəkilmiş çarxlar təqdim olunub. Müsabiqə üzrə 1-ci yer üçün 2000 manat, 2-ci yer üçün 1500 manat, 3-cü yer üçün isə 1000 manat məbləğində pul mükafatı veriləcək. Müsabiqə ərzində 55 ədəd, qeyd olunmuş istiqamətlərə uyğun sosial çarx təqdim olunmuşdur. Münsiflər heyəti tərəfindən sosial çarxlar izlənilmiş və qiymətləndirilmişdir. Qalib çarxların təqdimatı və qaliblərin mükafatlandırılması mərasimi 19 noyabr 2013-cü il tarixində, saat 19:00-da, "28 Mall" Ticarət və Əyləncə Mərkəzinin 5-ci mərtəbəsində yerləşən "28 Cinema"-da keçiriləcək.

Mənbə: Milli.Az

18 noyabr 2013
GO BACK