Şanxaydakı Şərqi Çin Pedaqoji Universitetində ənənəvi Yeddinci Beynəlxalq Mədəniyyət Sərgisi keçirilib. Lent.Az-ın məlumatına görə, bu universitetdə təhsil alan Faiq Hacıyev və Zamir Qurbanovun təşkilatçılığı, Şanxaydakı digər tələbələrimizin dəstəyi ilə yaradılan Azərbaycan stendində Azərbaycanın tarixini, hazırkı vəziyyətini, gələcək inkişafını əks etdirən eksponatlar nümayiş olunub.Çinli və əcnəbi ziyarətçilər Azərbaycan xalçaları ilə bağlı materiallara xüsusi diqqət göstərib. Həmin materiallar ali təhsil ocaqlarının müəllimlərinə dərs vəsaiti kimi istifadə olunmaq üçün təqdim edilib.Qeyd edək ki, iki gün davam edən sərgidə 35 ölkənin təmsilçiləri iştirak edib
Mənbə: Lent.Az