Qadin.NET / Azərbaycan sinoptiklərindən xəbərdarlıq

Azərbaycan sinoptiklərindən xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edib Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, yaxın iki gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin tərəddüdləri meteohəssas insanlarda diskomfort hissi yarada bilər.Noyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Hava, əsasən, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 6-9, gündüz 12 -15 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında noyabrın 19-da hava, əsasən, yağmursuz olacaq, lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 13-17, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı ehtimalı var.

Mənbə: Milli.Az

18 noyabr 2013
GO BACK