Qadin.NET / Xanımlarımızın möhtəşəm nəticəsi

Xanımlarımızın möhtəşəm nəticəsi

 

Bakının qadınlardan ibarət ABU həndbol klubunun “Çelenc Cup”ın III mərhələsində keçirdiyi cavab oyununun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Yunanıstanın “QAS Meqas Aleksandros” komandası ilə Bakıdakı görüşdə 28:18 hesabı ilə qalib gələn təmsilçimizin qollarını 7 oyunçu vurub.Bakılıların heyətində ən məhsuldar həndbolçu Marina Tankatskaya olub – 7 qol. İranə Qasımova və Oksana Orexova hərəyə 5, İnarə Yusibova – 4,Marta Abbasova ilə Günel Əliyeva hərəyə 3, Yana Qornak 1 dəfə rəqib qapısına yol tapıb. Yunanların heyətində isə Elen Anastasiu və Marina Xoptinski hərəyə 6 dəfə fərqlənib.İlk oyunda 32:21 hesabı ilə qalib gələn təmsilçimiz ümumi hesabda 21 xal üstün olmaqla (60:39) adını 1/8 finala yazdırıb. 2 oyunun nəticələrinə əsasən, ABU-nun ən yaxşı bombardiri İnarə Yusibova olub – 15 qol. Marina Tankatskayanın hesabında 11 top var. 

Mənbə: Milli.Az

18 noyabr 2013
GO BACK