Qadin.NET / Torpaq sahəsini necə özəlləşdirmək olar?

Torpaq sahəsini necə özəlləşdirmək olar?

 

 

Day.Az saytının redaksiyasına Nəbi Əliyev adlı oxucu məktub göndərərək sual verib ki, torpaq sahəsinə mülkiyyətçilik hüququnu təsdiq edən sənəd nə vaxt veriləcək. Milli.Az xəbər verir ki, həmin məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı əmlak məsələləri üzrə ekspert Mehman Əliyevlə əlaqə saxlayıb. Əliyev qeyd edib ki, torpaq sahəsinə əmlak hüququnun verilməsi ilə bağlı heç bir problem yoxdur. "Əgər həmin oxucuda torpaqla bağlı bütün lazımi sənədlər varsa, onda Daşınmaz Əmlakın Dövlət Reestri Xidmətindən çıxarış almaqla bağlı heç bir problem olmayacaq. Əgər bütün sənədlər qaydasındadırsa, çıxarış verilir", - o qeyd edib.

Onun sözlərinə görə, bəzi vətəndaşlarda bələdiyyə ilə alqı-satqı sənədləri düzgün olmadığına görə, çıxarışın verilməsində problem yaranır. Bu səbəbdən artıq üç ildir ki, bələdiyyələrin torpaq satışı məhdudlaşdırılıb. "Bununla belə, əgər vətəndaş bir yerdə 5 ildən çox yaşayırsa, o, yerli bələdiyyəyə müraciət edərək torpaq sahəsini ala bilər", - o əlavə edib. 

Mənbə: Milli.Az


18 noyabr 2013
GO BACK