Qadin.NET / Braziliya 8 dəqiqəyə 3 qol vurdu, yaponlar hollandlara qulaqburması verdi

Braziliya 8 dəqiqəyə 3 qol vurdu, yaponlar hollandlara qulaqburması verdi

 

Dünən gecə Braziliyada keçiriləcək Dünya çempionatına vəsiqə qazanmış komandalar və qrupda qalanlar yoldaşlıq oyunları keçiriblər.
Milli.Az məlumatına görə, Yaponiya yığması usta oyunçulardan ibarət Hollandiya millisi ilə səfərdə qarşılaşıb. “Portağallar” matç zamanı 2 qolla irəlidə olmalarına baxmayaraq qələbəni əldən veriblər. Son Dünya çempionu İspaniya yığması Ekvatorial Qvineya yığmasını səfərdə məğlub edib. Dünya çempionatının ev sahibi Braziliya səfərdə Honduras yığmasını darmadağın edib. Braziliyalılar 8 dəqiqəyə rəqibə 3 qol vurublar. Bu gün Moldova Litvaya, İtaliya Nigeriyaya qarşı yoldaşlıq oyunu keçirəcək. 
Yoldaşlıq oyunlar ( Yığmalar) 
Hollandiya – Yaponiya 2-2
Qollar: 22 Van der Vart , Robben 39 – Osaka , 44, Honda 60
Uqanda – Ruanda 0-0
Uels – Finlandiya 1-1
Qollar: Andi Kinq 58, Riki Riski 90 
Honduras – Braziliya 0-5
Qollar: Bernard.22, Dante,55, Maikon, 66, Villian,70, Xulk 74
Lüksemburq – Monteneqro 1-4
Qollar: Marko Basa (pen)38 , Elsad Zverotiç, 57, Milan Jovanoviç, 69, Marko Jetkoviç 81 
Ekvatorial Qvineya - İspaniya 1-2
Qollar: Cimmi Bermudez 36 - Kasorla.13, Xuanfran 43
18 Noyabr
Litva – Moldova
İtaliya – Nigeriya 
Mənbə: Milli.Az
18 noyabr 2013
GO BACK