Aldi Rizal gündə 40 siqaret çəkməsi ilə dünyaca məşhurlaşmışdı. Daha doğrusu, 2 yaşında gündə 40 siqaret tüstülədən uşağın varlığı milyonlarla insanı heyrətləndirmişdi. Həkimlər uşağın valideynlərinə bildirmişdilər ki, Aldi belə davam edərsə, çox qısa müddətdə ağciyər xərçənginə tutularaq ölə bilər. Bu səbəbdən də Aldinin valideynləri övladlarına təzyiq edərək, dilə tutaraq onu bu zərərli vərdişi tərgitməyə sövq etməyə çalışırdılar. Onlar niyyətlərinə çatıblar. Aldi artıq siqaret çəkmir. Di gəl, siqaret çəkməyi tərgidən Aldi yeməyə mehr salıb. O, sürətlə kökəlir. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İndoneziyada yaşayan 5 yaşlı Aldinin anası, 28 yaşlı Diane Rizalın dediyinə görə, oğlunun tamahının qarşısını ala bilmir. İndoneziyanın Sumatra adasındakı yoxsul, ucqar kənddə yaşaya Rizal ailəsi 3 il əvvəl məşhurlaşmışdı. O zaman Aldinin 2 yaşı vardı və o, gündə 40 siqaret çəkirdi. İndi Aldinin yeni asılılığı var. O, tamahının öhdəsindən gələ bilmir, az qala bütün günü yeyir. Aldinin anası deyir: "Oğluma siqareti tərgitmək üçün onu paytaxt Cakartaya apardılar. Orada iki həftəlik terapiya kursu keçdi və sonucda gündə 40 siqaret çəkməyi tərgitdi". Terapiya kursu zamanı Aldini müalicə edən psixiatrlardan biri, doktor Kak Setonun dediyinə görə, Aldi bundan sonra mütəmadi olaraq reabilitasiya kursu keçməlidir: "Əks təqdirdə o, yenidən çoxlu siqaret çəkməyə başlayacaq". Aldinin çəkisi indi 25 kiloqramdır və o, yaşıdları ilə müqayisədə xeyli tosqun, ağırdır.
Onun atası, Məhəmməd Rizalın dediyinə görə, oğlu gündə ən azı 3 banka şəkərli süd içir.