Bu məkan dünyanın yeganə, misli-bərabəri olmayan bayramının və müsabiqəsinin keçirildiyi yerdir. Əyri boyun, donqar bel burada xüsusi dəyərə malikdir. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Hindistanın şimalında, Tar səhrasında hər il ənənəvi Puşkar bayramı keçirilir. Bayram dəvələrin gözəllik müsabiqəsi, həm də dəvə bazarıdır. Builki bayram-bazarda 20 mindən artıq dəvə satılıb. Onların arasında ən gözəli adına isə Hukma Rama məxsus "Rokki" olub. Puşkardakı "Puşkar Mela Ka" bayramı hər il minlərlə, on minlərlə turist cəlb edir. "Böyük Hind səhrası" adlanan Tar səhrası Hindistanın şimal-qərbində, Pakistanla sərhəd bölgədə yerləşir.