İNSULİN
Bu hormon bədəndə şəkəri nəzarətdə saxlamağa kömək edir. İnsulinin normal olması üçün çəkinin normal olması vacibdir. Daima karbonhidratlı qidalardan istifadə zamanı hormonun bədəndə yaranması artır. Gün içərisində "heç nə olmaz" deyərək yediyimiz bir necə bulka, şirniyyat kimi karbonhidrat tərkibli qidalar insulinin yüksəlməsinə səbəb olur.
İnsulin pozğunluğu yaşamamaq üçün gün ərzində yediyimiz ara yeməklər çox vacibdir. Məsələn, yediyiniz meyvənin yanına yoqurt əlavə edin, pendir, ayran qəbul edin.
QHRELİN
Aclıq hormonu olaraq bilinir. 3-4 saat ac qaldıqdan sonra yaranmağa başlayır. Uzun müddət ac qalandan sonra bu hormonun yaranması daha çox yeməyə yol açır. Yatmamışdan 3 saat öncə qida qəbulu bitməlidir Gecə saatlarında bu hormonun artması çəki azalmasında faydalıdır.
MELATONİN
Yuxusuz qalan insanlar gecə heç nə yeməsələr belə, çəki artımına meylli olurlar. Yuxusu keyfiyyətli olanlarda isə kilo itirməsi sürətli və qalıcı olur. Xoşbəxtlik hormonu olan seratonin ilə melatonin eyni mənaya gəlirlər.
Normal səviyyədə melatonin insanı xoşbəxt, normadan az isə stresli və gərgin edir. Gərginlik isə çox zaman çəki artımı ilə yekunlaşır.
OSTROJEN
Seratoninin hormonun yaranmasında məsul olan bu hormon insan bədbin olan zaman çoxalır. Bu hormon xüsusilə qadınların daha çox stresli və bədbin olmasına yol açır.
Bu zaman qəbul edilən artıq qida, xüsusilə karbohidrat qarın nahiyəsində piylənməyə səbəb olur. Buna görə də klimaks dövrünü yaşayan qadınların orqanizmində adıçəkilən hormon minimal səviyyəyə enir. Nəticədə sürətli kökəlmə başlayır.
TSH
Troid hormonu bir başa çəkiyə təsir edən hormonların başında gəlir. Əgər onun səviyyəsi yüksək (hipertroid) olarsa, sürətli arıqlama, aşağı (hipotroid) olanda isə çəki artımı olmasına səbəb olur. Hipotroidi olan şəxslərin sonradan arıqlamasıda çox çətin olur. Bu hormonla bağlı problemlər adətən genetik xarakter daşıyır.
PROGESTERON
Stress vəziyyətində səviyyəsi azalan hormondur. Bu hormon bədəni rahatlaşdıran və sakitləşdiricidir. Səviyyəsinin azalması insanın mənəvi problemlər yaşamasına səbəb ola bilər. Nəticədə çox insan mənəvi düşkünlük zamanı çox yeyir. Bu da artıq çəki deməkdir.
Mənbə: Milli.Az