Bakı şəhərinin “əkiz”ləri olacaq. Milli.Az-ın məlumatına görə, Hökumət evinin arxa hissəsində, Fikrət Əmirov küçəsi 1 və 2 ünvanlarında yerləşən 16-mərtəbəli yaşayış binaları paytaxtın simvoluna çevrilə bilər. Binaların hər ikisi eyni dizaynla üzlənərək maraqlı təəssürat yaradacaq. Səbail Rayon İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, binalar təmir olunaraq üzlənəcək. Binalara yeni, müasir görkəm verilməsi ilə bağlı işlər davam edir. İşlərin ilin sonuna kimi başa çatması planlaşdırılır.
Mənbə: Milli.Az