Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi, axşam tutqun olacağı gözlənilir. Temperatur gecə 7-10°, gündüz 14-18° isti, Bakıda gecə 8-10°, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 772 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 14-19° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 3-8°, gündüz 12-17° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 1-6°, gündüz 10-15° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacağı ehtimalı var.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperatur gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, havanın gün ərzində, əsasən, yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir. Temperaturun gecə 7-10°, gündüz 14-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Mənbə: Milli.Az