Qadin.NET / İstanbulun məşhur körpüsü insanlara şok yaşatdı

İstanbulun məşhur körpüsü insanlara şok yaşatdı

Marafon zamanı körpüdəki elektrik dirəklərinin yelləndiyi aydın hiss edilir Türkiyənin İstanbul şəhərinin məşhur Boğaziçi körpüsündə ənənəvi marafon yürüşləri keçirilib. Anspress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, marafon yürüşü zamanı Avropa və Asiyanı birləşdirən körpüdə yellənmələr müşahidə edilib. Ötən illərdə keçirilən marafon yürüşləri zamanı körpü yellənsə də, bu il iştirakçılara körpüdə sürətlə qaçmamaq, tullanmamaq barədə xəbərdarlıq edilmişdi. Bu il marafon iştirakçıları 3 qrup halında körpüdən keçiblər. Lakin bütün görülən tədbirlərə baxmayaraq körpüdə yellənmə meydana gəlib. Lentə alınan kadrlarda elektrik dirəklərindəki silkələnmələr aydın nəzərə çarpır. Hətta silkələnmə nəticəsində təşvişə düşən bir qadın şoka düşüb. "Çox qorxdum, tez geri döndüm. Məni oradakı uşaqlar tutdular. Elə bildim ki, zəlzələ baş verir", - deyə vəziyyəti şərh edib.

Mənbə: Milli.Az

17 noyabr 2013
GO BACK