Toyota yeni Aqua xəttinə aid olan və nümayişi 20 noyabrda Tokio avtosalonunda keçiriləcək daha bir modelin təsvirini açıqlayıb. Aqua Cross Concept yığcam krossoveri Aqua Air kabrioletindən və Aqua G Sports hibrid heçbekindən sonra üçüncü yeni modeldir.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, dördqapılı avtomobil SUV stilində yerinə yetirilib: artırılmış klirens, təkər tağlarının, kandarların və bamperlərin rənglənməmiş plastik qorumaları. Bundan başqa, avtomobil karterin qorumasına, damda reylinqlərə və böyük dumana qarşı faralara malikdir. Kuzov detallarının formaları Aqua Air Concept -də olduğundan daha kobuddur.
Aqua Cross Concept texniki göstəriciləri hələlik açıqlanmır, amma avtomobilin qabaritləri ehtimal ki, eyni platformanı bölüşdüyü Aqua Air Concept -in ölçülərindən fərqlənməyəcək.
Mənbə: Milli.Az