Qadin.NET / Facebook 3 milyard dollar verdi, istəmədi

Facebook 3 milyard dollar verdi, istəmədi

Günlük 5 milyon istifadəçisi olan mesajlaşma proqramı Snapchat Facebook  tərəfindən edilən 3 milyard dollarlıq satınalma təklifini rədd edib.

Milli.Az "Zaman Azərbaycan"a istinadən bildirir ki, əgər bu təklif Snapchat tərəfindən qəbul edilsəydi, onda Facebook-un ən bahalı alış əməliyyatı baş tutacaqdı. Əvvəllər də İnstagram başqa olmaqla, insanlar tərəfindən daha çox istifadə edilən başqa proqramları satın alan Facebook bu səfər məqsədinə nail ola bilməyib. Son vaxtlar sözügedən sosial şəbəkə rəhbərliyi sistemli olaraq alış strategiyası həyata keçirir. Wall Street Journal-ın əldə etdiyi məlumata görə, sadəcə, ikiillik tarixi olan Snapchata edilən təklif nağd olub. Mütəxəssislər isə Snapchat-ın 4 milyard dollar qiyməti olduğunu müəyyən ediblər. Qeyd edək ki, bu ilin əvvəlində də Snapchatı satın almağa cəhd edən Facebook ona 1 milyard dollar təklif edib.
Məlumat üçün bildirək ki, 23 yaşlı Evan Şpigel tərəfindən qurulan Snapchat telefon proqramı ABŞ-da çox istifadə olunur. Sözügedən mobil telefon proqramının üstünlüyü isə “son istifadə tarixi” funksiyasının olmasıdır. Bu funksiya vasitəsilə son istifadə tarixi müəyyən edilən mesajlar cihazlardan həmin vaxtda avtomatik olaraq silinir. Beləliklə də, telefonda lazımsız mesajlar yığılıb qalmır.
Mənbə: Milli.Az
17 noyabr 2013
GO BACK